Ağdam-Hindarx-Ağcabədi yolu minalardan TƏMİZLƏNİR

Ağdam-Hindarx-Ağcabədi yolu minalardan TƏMİZLƏNİR

Hazırda oxunan: Ağdam-Hindarx-Ağcabədi yolu minalardan TƏMİZLƏNİR

122989

Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda mina axtarma ilə bağlı əməliyyatlar davam edir. Prezident İlham Əliyevin göstərişinə əsasən, yol təmizlənərək istifadəyə verilməlidir. 

Bizim.Media xəbər verir ki, bunu Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun minalardan təmizlənməsi ilə bağlı layihəni icra edən "Safe Point" şirkətinin əməliyyat bölməsinin meneceri Ruslan Muradov deyib. 

O bildirib ki, ümumiyyətlə, yolun uzunluğu 7,5 km-dir: "Qeyri-texniki tədqiqat nəticəsində təhlükəli sektordan - Əfətli kəndindən başlamışıq. Bu isə öz növbəsində 25 hektar ərazini əhatə edir. Uzun və təhlükəli prosesdir.

İndiyə kimi tank əleyhinə minalar – TM 62, P3 və P2, eyni zamanda piyada əleyhinə minalar PMD və PM aşkarlanıb. Bizim tərəfimizdən sürpriz minalar aşkarlanmayıb. Lakin ərazi haqqında əldə etdiyimiz məlumata görə, sürpriz minaların olması gözləniləndir. Çünki ön xətt boyunca sürpriz minaların olması taktiki cəhətdən məqsədəuyğun hesab edilir".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO