Dayələrin fəaliyyəti RƏSMİLƏŞDİRİLİR – Nazirlikdən AÇIQLAMA 

Dayələrin fəaliyyəti RƏSMİLƏŞDİRİLİR – Nazirlikdən AÇIQLAMA 

Hazırda oxunan: Dayələrin fəaliyyəti RƏSMİLƏŞDİRİLİR – Nazirlikdən AÇIQLAMA 

122979

Azərbaycanda bundan sonra dayə, xadimə, bağban və s. kimi xidmət göstərmək istəyənlərin fəaliyyəti formal müstəviyə daşınacaq.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda DAYƏ XİDMƏTİ necə yaradıla bilər? – TƏKLİF


Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi “rəqəmsal məşğulluq” şüarı altında rəqəmsallaşmanı ana prioritet istiqamət kimi müəyyən edib:

“Agentlik tərəfindən rəqəmsal formada göstərilən xidmətlərin əhatəsini genişləndirmək məqsədilə “Elektron əmək birjası və yarmarkası” sistemi hazırlanır. “Elektron əmək birjası və yarmarkası” işaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsinə xidmət göstərəcək. Platforma daimi, mövsümi və müvəqqəti iş axtaran şəxsləri eyni əsasla iş təklif edən şəxlərlə görüşdürməyə imkan yaradacaq.

Platformadan istifadə hər kəs üçün açıq olacaq və bunun üçün Agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olmaq zərurəti yoxdur. İş axtaran şəxsi kriteriyalarını, bacarıqlarını və təklif etdiyi xidmətləri sistemə daxil edəcək, eyni xüsusiyyətlərdə işçi axtaranlar isə müxtəlif seçim meyarları ilə asanlıqla onları tapa biləcək”.

Məlumatda vurğulanıb ki, bu platforma vasitəsi ilə ölkə üzrə ən çox qeyri-formal fəaliyyət göstərən bir neçə qrupun (sürücü, dayə, xadimə, bağban, fəhlə və s.) fəaliyyətinin formal müstəviyə daşınmasının mümkün olacağı ehtimal olunur.

Belə ki, bu platforma vasitəsilə Agentlik tərəfindən vətəndaşın əmək birjasında iştirakı və onun məşğulluğunun təmin edilməsi izləniləcək:

“Həmçinin qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətlərindən biri də peşə hazırlığının təşkilidir. Bu gün Agentlik tərəfindən müasir əmək bazarının tələblərinə cavab verən 175 peşə və ixtisas üzrə kurslar təşkil edilir. Həmin peşələr içərisində dayə istiqaməti üzrə də kadr hazırlığı həyata keçirilir. Hazırlıq kursları həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində təşkil edilir”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO