Qarabağdakı qızıl bütün xərcləri ödəyə bilməz – Ekspert iddiaları rədd etdi

Qarabağdakı qızıl bütün xərcləri ödəyə bilməz – Ekspert iddiaları rədd etdi

Hazırda oxunan: Qarabağdakı qızıl bütün xərcləri ödəyə bilməz – Ekspert iddiaları rədd etdi

12291

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olacaq".

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağın resursları səmərəli dövriyyəyə daxil edilməlidir" -Mikayıl Cabbarov - FOTO 


Bundan sonra belə fikir yaranıb ki, oradakı qızıl yataqları və digər təbii resurslar imkan verəcək ki, Qarabağ bölgəsinin dirçəldilməsinə kənar vəsait cəlb edilməsin.

Nazirin sırf nəyi nəzərdə tutduğunu öyrənmək üçün iqtisadçı Natiq Cəfərliyə müraciət etdik.

Natiq Cəfərli bildirdi ki, “yəqin ki, söhbət həm təbii – torpaq, su resurslarından gedir. Həmin resursların iqtisadiyyata qazandırılması üçün ilk növbədə təhlükəsizliklə bağlı məsələlərin həlli, infrastrukturun qurulmasından da söhbət gedir. 

Kifayət qədər münbit torpaqlardır. Torpaqların tamamından effektiv istifadə etmək aqrar sahəyə ciddi təsir göstərə, ölkədaxili istehsal artımı təsir edər və ixracata yönələ bilər. 

Təbii ehtiyatların da hasilatı ölkəyə əlavə gəlirdir. Amma bunun həcmi o qədər də böyük deyil. Bir çox hallarda insanlarda yanlış təsəvvür var ki, oradakı qızıl ehtiyatları ilə bütün xərcləri ödəmək olar.


Elə deyil. Amma doğru təşkil olunsa, ölkə iqtisadiyyatına əlavə gəlirlərin gətirilməsinə səbəb olacaq. 

Torpaqlar işğaldan azad olunandan qabaq ən böyük problemlərdən biri su resurslarına çıxış imkanlarının məhdud olması idi. İndi yeni su resurslarına çıxış imkanı yaranır. Bu da həm azad olunan torpaqların, həm də digər bölgələrin su ilə təminatında mühüm rol oynaya bilər. 
 

Yəni kifayət qədər potensial var və bunu iqtisadiyyata qazandırmağın yolları da mövcuddur. Orada istehsalın təşkili, gələcəkdə aqrar sənaye komplekslərinin yaradılması mümkündür. 


Lakin ilkin olaraq təhlükəsizliklə və infrastrukturla bağlı məsələlər həllini tapmalıdır”,- deyə Natiq Cəfərli fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO