Çavuşoğlu Finlandiya, İsveç və Türkiyə arasında danışıqların tarixini AÇIQLADI 

Çavuşoğlu Finlandiya, İsveç və Türkiyə arasında danışıqların tarixini AÇIQLADI 

Hazırda oxunan: Çavuşoğlu Finlandiya, İsveç və Türkiyə arasında danışıqların tarixini AÇIQLADI 

122876

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçəl NATO-ya üzvlüklə bağlı danışıqların tarixini açıqlayıb. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dövlətlərin nümayəndələri martın 9-da NATO-nun mənzil-qərargahında görüşəcəklər. 

“İki iclas keçirildi, üçüncü görüşü isə Quranın yandırılması aksiyasından sonra təxirə saldıq. Üçüncü görüşün Brüsseldə keçirilməsi yaxşı olardı.

Görüş martın 9-da keçiriləcək, qoy İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə görsünlər”, - deyə Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO