Lavrovun Azərbaycana səfər proqramı AÇIQLANDI

Lavrovun Azərbaycana səfər proqramı AÇIQLANDI

Hazırda oxunan: Lavrovun Azərbaycana səfər proqramı AÇIQLANDI

122858

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi(XİN) məlumat yayıb. 

“Məlumata görə, füvralın 28-nə qədər davam edəcək səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək.

Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - bəyanatda qeyd edilib. 

Lavrovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb. Həmçinin onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub. 

“İkitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə XİN-in bəyanatında bildirilib. 

Rusiya XİN rəhbəri “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” adlı konfransda da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO