Bu gün Bakının havasında dəm qazı normadan YÜKSƏKDİR 

Bu gün Bakının havasında dəm qazı normadan YÜKSƏKDİR 

Hazırda oxunan: Bu gün Bakının havasında dəm qazı normadan YÜKSƏKDİR 

122855

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən yalnız dəm qazı normadan 1.6, Sumqayıt şəhərində azot-4 oksid normadan 1.1, Gəncə şəhərində isə 1.3 dəfə yüksək qeydə alınıb. 
Bu göstəricilərin normadan yüksək olmasına səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO