Ermənistan Tərtərin Çardaqlı kömür mədənini qanunsuz istismar edib

Ermənistan Tərtərin Çardaqlı kömür mədənini qanunsuz istismar edib

Hazırda oxunan: Ermənistan Tərtərin Çardaqlı kömür mədənini qanunsuz istismar edib

122848

İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Azərbaycanın enerji ehtiyatlarının qeyri-qanuni istismarı ilə əlaqədar Azərbaycan tərəfindən Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı başlanmış arbitraj prosesinə dair mətbuat məlumatında bildirilib.

“Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb.

Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib”, - məlumatda deyilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO