Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından öldü

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından öldü

Hazırda oxunan: Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından öldü

122814

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir və həmin mənzildə kirayədə qalırmış.
Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO