Karateçilərimiz beynəlxalq turnirdə daha 2 medal qazanıb - FOTO

Karateçilərimiz beynəlxalq turnirdə daha 2 medal qazanıb - FOTO

Hazırda oxunan: Karateçilərimiz beynəlxalq turnirdə daha 2 medal qazanıb - FOTO

122792

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin son günündə daha iki medal qazanıblar.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (45 kq) və Zeynəb Nəbiyeva (52 kq) fəxri kürsüyə qalxıblar. Tarverdi qızıl, Nəbiyeva isə gümüş mükafata layiq görülüb.

Qeyd edək ki, dörd gün davam edən nüfuzlu turniri Azərbaycan yığması 6 medalla başa vurub.

Əvvəlki günlərdə Amin Yadigarlı (55 kq, 16-17 yaşlı gənclər) birinci, Nicat Kərimli (75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (76 kq, 16-17 yaşlı gənclər) ikinci, Raul Səfərəliyev (63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü yeri tutublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO