“Reyestrin ƏLEYHİNƏ olmaq yox, İMKANLARINDAN yararlanmaq lazımdır” - Hikmət Babaoğlu 

“Reyestrin ƏLEYHİNƏ olmaq yox, İMKANLARINDAN yararlanmaq lazımdır” - Hikmət Babaoğlu 

Hazırda oxunan: “Reyestrin ƏLEYHİNƏ olmaq yox, İMKANLARINDAN yararlanmaq lazımdır” - Hikmət Babaoğlu 

122784

Məlum olduğu kimi, 2021-ci il dekabrın 30-da “Media haqqında” yeni qanun qüvvəyə minib. Qanunun müvafiq tələblərinə uyğun olaraq, ötən ilin oktyabrından etibarən media subyektlərinin və jurnalistlərin 6 ay müddətində reyestrdən keçməsi tələb olunur.

Qanunvericiliyə əsasən, jurnalistlərin reyestrə düşməsi könüllü, media subyektinin reyestrdən keçməsi isə məcburidir. Lakin bir qrup şəxs buna etiraz edərək, reyestr əleyhinə kampaniyaya start veriblər.

Bəs, onların iddialarının hər hansı əsası varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili, Əməkdar jurnalist Hikmət Babaoğlu qeyd edib ki, media reyestri informasiya cəmiyyətində münasibətlərin tənzimlənməsi baxımından, eyni zamanda söz və mətbuat azadlığının məsuliyyəti nöqteyi-nəzərindən olduqca vacib alətdir: 
 

MÖVZU İLƏ BAĞLI:

DSMF: Jurnalistlərin iş stajı əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur


“Ona görə də, media reyestri hüquq və azadlıqlarımızdan ictimai və informativ məsuliyyəti dərk edərək istifadə etmək üçün çox geniş imkanlar yaradır. Əlbəttə ki, media adına iddialı olan hər hansı qurumun reyestr prosesində qeydə alınması həm də professional media subyekti kimi fəaliyyət göstərməsi üçün üstünlüklər və yeni imkanlar meydana çıxarır. Həm peşə etikası normalarının  tətbiq olunması, həm də peşəkar medianın inkişafı baxımından media reyestri olduqca vacibdir”.

Deputat media reyestrinə etiraz edənlərlə bağlı da fikirlərini bölüşüb:

“Təəssüflər olsun ki, informasiya alətini öz məqsədləri üçün istifadə edənlər bu məsuliyyətdən kənarda qalmaq istəyir, reyestrə etiraz edirlər. Düşünürəm ki, bu doğru yanaşma deyil. Əgər doğrudan da biz peşəkar səviyyədə informasiya cəmiyyəti qurmaq istəyiriksə, söz və mətbuat azadlıqdan ümumi ictimai mənafenin lehinə istifadə etməyə çalışırıqsa, o zaman media reyestrinin mətbu orqanlara yaratdığı imkanlardan yararlanmaq lazımdır, nəinki onun əleyhinə olmaq”.

Hikmət Babaoğlu reyestrin medianın inkişafı üçün yaradacağı imkanlardan da söz açıb:

“Hesab edirəm ki, biz mediamızın inkişafı üçün hazırki mərhələni informasiya istehsalı və ötürcüsü olmağın məsuliyyətini dərk edərək geridə qoya bilərik. Çünki informasiyanın çəkisi və rolu postmodernist cəmiyyətdə günbəgün artmaqdadır və bu istiqamətdə bizə professionallar lazımdır. Ona görə də, ictimai mənafenin tələb etdiyi və qanunlarımızla tənzimlənən mediamızın inkişafı baxımından reyestr olduqca vacib vasitədir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO