Əsir götürülmüş soydaşlarımızın orqanlarını HANSI ÖLKƏLƏR alıb? – SENSASİON FAKTLAR 

Əsir götürülmüş soydaşlarımızın orqanlarını HANSI ÖLKƏLƏR alıb? – SENSASİON FAKTLAR 

Hazırda oxunan: Əsir götürülmüş soydaşlarımızın orqanlarını HANSI ÖLKƏLƏR alıb? – SENSASİON FAKTLAR 

122759

Məlum olduğu kimi, Birinci Qarabağ Müharibəsində əsir və itkin düşmüş, eyni zamanda girov götürülmüş 4 minə yaxın soydaşımızın aqibətindən bu günə kimi xəbər yoxdur. Onlar taleyi ilə bağlı araşdırmalar isə bir sıra dəhşətli faktları üzə çıxarıb.

Xüsusilə də, orqan ticarəti məsələsində...

Müxtəlif araşdırmalar erməni silahlıları tərəfindən girov götürülən soydaşlarımızın orqanlarının çıxarılaraq dünyanın bir çox ölkələrində satıldığını deməyə əsas verir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında tarixçi alim, dosent Zaur Əliyev Ermənistan tərəfinin orqan ticarətilə bağlı bir sıra faktları gün üzünə çıxarıb.

Alimin sözlərinə görə, Xankəndi-Tehran-Paris xəttilə baş tutan qanunsuz ticarətdə ermənilər milyonlarla dollar qazanıblar:

“Orqan mafiyasının bir qoluna da ASALA daxildir. ASALA illərdir bu işdə yüzlərlə insanı oğurlayaraq orqanlarını satıblar. Hətta Ermənistan müstəqilliyin ilk illərində ASALA-ya dəstək olmaq üçün özəl xəstəxana yaradıb. 1990-cı illərin mətbuatına nəzər yetirsək, görərik ki, Ermənistan dünyada insan orqanlarının alveri sahəsində 1-ci yeri tuturdu. Ermənilər əsir götürülən uşaq və yeniyetmələrin orqanlarını satırdılar. Bunun üçün Laçın şəhərində səyyar tibb məntəqəsi yaratmışdılar. Burada əsir götürülmüş insanların orqanlarının çıxarılması ilə məşğul idilər. 

O dövrdə  qara bazarda ən gəlirli sahə hesab olunan orqan alverində İran İslam Respublikasının adı da çox hallanır. Qara bazara çıxarılan orqanların satışında adı keçənlər içərisində İranda “Xomeyni xəstəxanası” da var. Bu xəstəxana İranda bəzi xəstəxanalar kimi insan orqanlarının çıxarılması və xarici qara bazarlarda satılması ilə ad çıxarıb”. 

Zaur Əliyev qeyd edib ki, Qarabağın işğalı dövründə və Xocalı soyqırımdan sonra orqan mafiyası sahəsində Ermənistan-İran əməkdaşlığı daha çox aktivləşib:  

“Bu əməliyyatlardan Laura Lalayan və Aleksandr adlı həkim külli miqdarda pul götürürdülər. Şuşa şəhərinin işğalından sonra Laura Lalayan adlı erməni terrorçusu əsir və girovlar üzrə xüsusi bir əmr alır. Bunun üçün ona Şuşanın qərb hissəsindəki Xəlfəli yaşayış məntəqəsində xüsusi amputasiya otağı və xüsusi bir məktəb verirlər. Burada onun işi əsir düşən azşaylı uşaqların orqanlarının çıxarılması və sonradan həmin uşaqların millətçi erməni kimi yetişdirilməsi tapşırılır.

Maraqlıdır ki, Qarabağda əsir düşən uşaqların orqan işinə başçılıq edən Laura Xankəndində orqanların çıxarılması üçün texniki imkanları olmadığından Xomeyni xəstəxanasında uşaqları tam yoxlamadan keçirirdi. Əsirlərin çıxarılan orqanları xüsusi təyyarə ilə Parisdəki “Necker” xəstəxanasına göndərilir və burdan müvafiq müştərilərə satılırdı...”

Alim itkin hesab olunan 4 minə yaxın azərbaycanlının aqibəti ilə bağlı Ermənistan tərəfinin bu günə qədər susmasını da məhz orqan alveri ilə əlaqələndirib:

“Birinci Qarabağ müharibəsində itkin hesab olunan 4 minə yaxın azərbaycanlının taleyi haqqında hələ də bir məlumatlmız yoxdur və Ermənistan bizə bu məlumatların verilməsindən boyun qaçırır. Çünki işğaldan azad edilən ərazilərdə tapılan məzarlıqlarda əksər meyitlərin orqanları çıxarılıb. 
1994-cü ildə “Human Rights” təşkilatının azərbaycanlılarla bağlı hesabat yayıb. Hesabatda ermənilər tərəfindən həbs edilmiş azərbaycanlı əsirlərin orqanlarının necə çıxarıldığı və işgəncə ilə öldürüldüyü qeyd edilib. İndi bu hesabat da yoxa çıxıb. Yəni, təşkilat öz saytından hesabatı silib. Məsələn, girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni "həkimləri" tərəfindən çıxarılıb və satılıb. Və bu kimi yüzlərlə fakt var...”

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO