Məşhur modeli vəhşicəsinə öldürüb, hissələrə parçaladılar - TÜKÜRPƏDİCİ HADİSƏ - FOTO

Məşhur modeli vəhşicəsinə öldürüb, hissələrə parçaladılar - TÜKÜRPƏDİCİ HADİSƏ - FOTO

Hazırda oxunan: Məşhur modeli vəhşicəsinə öldürüb, hissələrə parçaladılar - TÜKÜRPƏDİCİ HADİSƏ - FOTO

122707

Honq-Konq polisi 28 yaşlı model və inflüser Ebbi Çoyin hissələrə bölünən parçalanmış cəsədini şəhərətrafı mənzildə tapıb.

Bizim.Media "The Guardin" nəşrinə istinadən xəbər verir ki, keçən ay Parisdəki moda şoularında qonaq olan modelin qohumları çərşənbə günü Ebbinin ünsiyyətini kəsdiyində həyəcan təbili çalıb.  

Polis yoxlamaya başlayıb və artıq cümə günü dəhşətli cinayət hadisəsinin üstünü açıb. Belə ki, icarəyə götürdüyü mənzilin soyuducusunda ayaqlar, mətbəxdə isə iki qazanda bişmiş insan əti aşkarlanıb.

Qurbanın başının harada olduğu hələlik məlum deyil. Həmçinin evdə elektrik mişarı və ətçəkən maşın, uzun paltolar, əlcəklər və maskalar tapıblar. Amma otaqlarda mebel tamamilə olmayıb.  Görünür, cəsədi heç bir iz qoymadan parçalamaq üçün divarlar brezentlə örtülüb. Az keçməmiş məlum olub ki, ölkədə rezonansa səbəb olan şok hadisədə Ebbinin keçmiş ərinin ailəsinin əli var.
Polis dərhal onun adına mənzil kirayələyən atasını, eləcə də böyük qardaşını həbs edib. Keçmiş ər isə şənbə günü Lantau adasında gəmiyə minmək istəyərkən tutulub. Bundan başqa, qətlə yetirilən qadının qayınanası istintaqa mane olmaqda ittiham olunur. Qətlin iddia edilən səbəbi, iki ortaq övladı olan keçmiş ər və arvad arasında maddi fikir ayrılıqlarıdır. Kişinin ailəsi qızın öz əmlakını idarə etmə tərzindən son dərəcə narazı olub. Törədilən dəhşətli cinayətlə bağlı araşdırmalar davam etdirilir.




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO