"Milyonçu" şousunun iştirakçısı zəlzələdə ÖLDÜ - VİDEO

Hazırda oxunan: "Milyonçu" şousunun iştirakçısı zəlzələdə ÖLDÜ - VİDEO

122699

Dünyaca məşhur  "Milyonçu" şousundakı iştirakı ilə adından söz etdirən Simay Atlı da Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olub.

Bizim.Media "ATV Haber"ə istinadən xəbər verir ki, psixologiya fakültəsində təhsil alan 21 yaşlı Simay Kahramanmaraşda anası ilə birlikdə dağıntılar altında qalıb.

Onun və anasının meyitini xilasedicilər dağıntılar altından çıxararaq, aidiyyatı orqanlara təhvil veribıər.

Atlı sözügedən yarışmada 5 min lirəlik dördüncü suala doğru cavab vermədiyi üçün şounu tərk etmişdi. Simayın verilişin aparıcısı akryor Kənan İmirzalıoğlu ilə söhbəti türk mətbuatında gündəm olmuşdu.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO