Daşkəsəndə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edildi - FOTO

Daşkəsəndə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edildi - FOTO

Hazırda oxunan: Daşkəsəndə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edildi - FOTO

122644

Fevralın 26-da Xocalı faciəsinin 31-ci ildönümünü günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri Daşkəsən rayon Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, onlar şəhidlərin məzarlarına tər güllər düzüblər.

İcra başçısı Əhəd Abıyev rayon sakinləri qarşısında çıxışı zamanı deyib ki, hər il olduğu kimi xalqımızın böyük ehtiramla qeyd etdiyi XX əsrin faciəsi – Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin rəmzinə çevrilib.

Onun sözlərinə görə, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə erməni düşmənlərindən bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alıb:
“Bu gün biz Xocalı faciəsində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini alnıaçıq, başıuca yad edirik. Tezliklə Xocalı sakinləri də öz doğma şəhərlərinə qayıdacaqlar”.

Anım tədbirində icra başçısı Əhəd Abıyev rayonun şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və veteranlarla görüşüb, həmçinin onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO