Zelenski Putinlə görüşlə bağlı son nöqtəni qoydu

Zelenski Putinlə görüşlə bağlı son nöqtəni qoydu

Hazırda oxunan: Zelenski Putinlə görüşlə bağlı son nöqtəni qoydu

122611

Rusiyanın Ukraynaya hücumunun birinci ildönümündə Vladimir Putinin ünvanına sərt ifadələr işlədən Ukrayna prezidenti Vladimir Zelenski onunla heç bir görüşü qəbul etməyəcəyini bəyan edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin liderləri ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri Kiyevdə mətbuata açıqlamasında Türkiyənin yeni təşəbbüslə ortaya çıxıb-çıxmadığı barədə sualı belə cavablandırıb:

“Türkiyə prezidenti cənab Ərdoğan ölkəmiz üçün bir sıra mühüm işlərə imza atıb. Birincisi, taxıl dəhlizi sazişinə böyük töhfələr verib. Onun ikinci yardımı o oldu ki, ruslar bizim Mariupol şəhərimizi tutanda oradakı dəmir-polad zavodunda girov götürülən əsgərlərimizin dəyişdirilməsi prosesini başlatdı.

Rusiya ilə görüşə gəlincə, Türkiyə prezidenti mənim bu məsələ ilə bağlı fikirlərimi bilir. O, çox yaxşı bilir ki, mən Putinlə görüşə razılıq verməmişəm.

Təxminən bir il əvvəl, müharibənin başlamasına bir neçə gün qalmış mən ondan və digər dünya liderlərindən xahiş etdim ki, böyük və dağıdıcı müharibə başlamazdan əvvəl Putini danışıqlar masasına oturmağa razı salsınlar.
Bir il əvvəl heç kim Putini mənimlə görüşməyə razı sala bilmədi. İndi onun danışıqlar masasına oturması ehtimalı var. Amma artıq mümkün deyil. İndiki məqamda Rusiyanın başında duran o adamı həmsöhbət kimi görmürəm. İstanbulda mümkün liderlərin görüşü təşkil edilsə və məni dəvət etsələr belə, gedib o masaya oturmazdım”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO