Beynəlxalq Koalisiyasının üzvləri Xocalıların qətl edildiyi “Ölüm dəhlizində” - FOTO 

Beynəlxalq Koalisiyasının üzvləri Xocalıların qətl edildiyi “Ölüm dəhlizində” - FOTO 

Hazırda oxunan: Beynəlxalq Koalisiyasının üzvləri Xocalıların qətl edildiyi “Ölüm dəhlizində” - FOTO 

122570

25 fevral 2023 Bu gün Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının (Khojaly: Recognize to Reconcile Coalition) nümayəndələri xocalıların qətl edildiyi Xocalı ilə Ağdam arası yolda yerləşən “Ölüm dəhlizinə” səfər ediblər.

1992-ci il 26 fevral tarixində erməni quldur dəstələri tərəfindən Xocalı işğal edilərkən, erməni terrorçuları guya bu yolun “humanitar kordior” kimi təmin edilməsini bildirmiş, lakin elə həmin koridorda yüzlərlə dinc insanı qətlə yetirmişdilər.

Bizim.Media xəbər verir ki, bütün bunlar ilk dəfə bu əraziləri ziyarət edən xarici hüquq müdafiəçilərinin səsləndirdiyi bəyanatda da öz əksini tapıb:

“Human Rayts Votç (HRW) və Memorial kimi beynəlxalq qurumlar tərəfindən də burada beynəlxalq humanitar hüququn açıq pozulması – mülki şəxslərin canlarını qurtarmaq istərkən güllələnərək öldürüldüyü- faktlarla təsdiq edilib və sənədləşdirilib”-deyə Koalisiyanın açıqlamasında qeyd olunur.
Koalisiya üzvü olan xarici hüquq müdafiəçiləri Xocalı faciəsi şahidləri ilə də görüşüblər. Məşhur hüquq müdafiəçisi, “Srebrennisa Anaları” Assosiasiyasının sədri, özü Srebrennisa qətliamı zərərçəkənlərindən olan Munira Subaşiçin Xocalıda əsir götürülmüş, qanlı hadisə zamanı 3 günlük qızını itirmiş Mehriban Vəkilova ilə təsirli söhbəti o gecə bütün insani dəyərlərin erməni vandalizmi tərəfindən tapdaq altına atıldığının daha bir sübutu olub.

Daha sonra Koalisiya üzvləri humanitar dəhlizin “Ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 km-liyində yerləşən məkanda günahsız qurbanların xatirəsinə yadigar olaraq zeytun ağacı əkiblər.

Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında isə Koalisiyanın şüarını əks etdirən “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil”  (“Without justice there's no trust, without trust there's no reconciliation”) yazılmış xüsusi poster yerləşdirilib.  

İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqonun  səsləndirdiyi Beynəlxalq koalisiyanın bəyanatında qeyd olunub ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticlərinin aradan qalxması ilə nail olmaq olar.

“Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizinə” çevrilmiş dırnaqarası “humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə də əminik. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxaq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir.” – deyə bəyanatda qeyd olunur.

Sonda natiq  bəyan edilən hədəflər istiqamətində Koalisiyanın “Etiraf və barışıq” adlı praktik proqramının sabah Bakıda keçid ədaləti mövzusunda keçiriləcək konfransda təqdim ediləcəyini bildirdi.
Xocalı qətliam dəhlizinə səfəri çərçivəsində xarici qonaqlar Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanı ziyarət etdilər, burada dəfn edilmiş faciə  qurbanlarının ruhlarına dualar oxudular.

Ağdama səfər çərçivəsində qonqalara Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə məlumat verildi.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO