Günorta yolda TƏMİR aparılmasına Agentlikdən AÇIQLAMA 

Günorta yolda TƏMİR aparılmasına Agentlikdən AÇIQLAMA 

Hazırda oxunan: Günorta yolda TƏMİR aparılmasına Agentlikdən AÇIQLAMA 

122537

Yollarda baş verən problemlərə görə bəzən küçələr bağlanır. Buna həmin yolun çökməsi, su borusunun partlaması və sair səbəbləri sadalamaq olar. Çox vaxt yollarda aparılan təmir işlərinin günorta, hətta pik saatlarda aparıldığının şahidi oluruq. Bu isə keçilməz sıxlıq və tıxaca yol açır və  sürücülərin ciddi narahatlığına səbəb olur. 

Məsələ növbəti dəfə deputat Razi Nurullayev tərəfindən aktuallaşıb. O, yollarda təmir işlərinin gecə saatlarına salınmasını təklif edib. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında deputatın qeyd etdiyi Neftçilər prospektində hər hansı təmir işinin aparılmasından məlumatsız olduğunu bildirib:

“Neftçilər prospektində Agentlik tərəfindən hər hansı bir iş aparılmır. Əgər təmir işi gecə saatlarından başlayıb səhər saatlarına qədər yekunlaşırsa, çox vaxt bu barədə ictimaiyyətə də xəbər vermirik. Yəni işlər görülür və heç kimin bundan xəbəri olmur.
Yersütü piyada keçidlərində hansısa quraşdırma işləri, xətlənmə və qısamüddətli təmir işləri 3-5 saat çəkirsə, gecə aparılır. Əgər təmir işi gecə saatlarında başlayıb bir neçə gün davam edəcəksə, artıq bunun gecə və ya gündüz saatlarında başlanmasının hər hansı əhəmiyyəti qalmır. Gecə saatlarında işləyib, gündüz açıb, yenidən gecə bağlayıb təmir işlərini aparmaq qeyri-mümkündür. Ona maksimum dərəcədə çalışılır ki, gündüz saatlarında başlanan təmir işləri bir neçə saat davam edəcəksə, artıq burada yol tam bağlanmasın.

Müəyyən hissələr üzrə qismən məhdudlaşma ilə çalışılır ki, işlər həyata keçirilsin. Mümkün olmadıqda isə yol tamamilə bağlanır ki, işlr tez bir zamanda yekunlaşdırılsın. Əlbəttə ki, bir neçə nüans nəzərə alınaraq bu işlər həyata keçirilir. Təbii ki, Agentlik olaraq anlayırıq ki, təmir işləri istər-istəməz vətəndaşlarımıza və sürücülərimizə problem yaradır. Amma sonucda bütün bunlar vətəndaşlarımızın rahatlığına hesablanıb”, - deyə qurum rəsmisi əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO