Rusiyalı siyasətçi:“Azərbaycan qələbəyə yaxındır”

Rusiyalı siyasətçi:“Azərbaycan qələbəyə yaxındır”

Hazırda oxunan: Rusiyalı siyasətçi:“Azərbaycan qələbəyə yaxındır”

1225

“Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Bəlkə də bir neçə saatdan sonra Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin cənub mövqelərini ələ keçirib atəşlə öz nəzarəti altına alacaq”.

Bizim.Media xəbər verir ki, bu  barədə rusiyalı politoloq Sergey Markov öz “Facebook” səhifəsində yazıb.

O, şimal dəhlizinin təxminən bir həftə əvvəl bloklandığını  yazır:

“Orada hər tərəf atəş altındadır. Azərbaycan ordusu havada üstünlüyü tamamilə öz nəzarəti altına alıb. Dağlıq Qarabağın cənub dəhlizi hərbi blokadaya alınandan sonra Ermənistan ordusu çıxılmaz vəziyyətdə qalacaq. Artıq bu zaman müharibənin davam etdirilməsi hərbi geyimdə olan insanların məhvinə çevriləcək. Bu, artıq heç kimə lazım deyil”,

Rusiyalı siyasətçi hərbi qələbədən sonra  Prezident İlham Əliyevin atəşi dayandıracağı və danışıqlara başlamağa hazır olacağını söyləyib. Bu, isə artıq atəşkəs yox, sülh danışıqları olacaq:

 “Sülhün şərtləri barədə.  Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazilərindən tamamilə çıxarılmasının şərtləri barədə. Həmçinin erməni əhalisinin vəziyyəti haqqında. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. Vladimir Putinin çıxışı bu barədə idi, baxmayaraq ki, o vaxt bunu hamı anlamadı. Putin isə bir neçə saatdan sonra bölgədəki geosiyasi vəziyyətin kökündən dəyişəcəyini bilirdi. Azərbaycan hərbi qələbəyə yaxındır”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO