Növbəti Əfv fərmanında hansı sürpriz adlar olacaq? - AÇIQLAMA

Növbəti Əfv fərmanında hansı sürpriz adlar olacaq? - AÇIQLAMA

Hazırda oxunan: Növbəti Əfv fərmanında hansı sürpriz adlar olacaq? - AÇIQLAMA

122346

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə çox böyük əfv olacağı gözlənilir. Bu siyahıya uzun müddət həbsdə olan tanınmış bir çox şəxslərin də olacağı deyilir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu günlərdə açıqlamasında bildirib ki, bizim təklif etdiyimiz siyahıda Eldar Həsənov, Hüseyn Abdullayev, Cahangir Hacıyev və digərlərin də adı var. Hüquq müdafiəçisinin açıqlaması təbii ki, sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb.

Doğrudanmı adı çəkilən və çəkilməyən digər tanınmış məhbuslar əfv olunacaq?

Sualımızı cavablandıran Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, kimlərinsə əfv olunmasını qabaqcadan demək həm qanunvericiliyə ziddir, həm də etik baxımdan doğru deyil:

“Ən başlıcası kimlərin əvf edilməsi səlahiyyəti Dövlət Başçısına aiddir. Ona görə də kimlərinsə əfv olunacağını qabaqcadan demək mümkün deyil. Yalnız əfv fərmanı dərc olunduqdan sonra kimlərin əfv olunduğunu söyləmək olar. Məlumat üçün deyim ki, Əfv Komissiyası kimlərinsə əfv olunması ilə bağlı rəy hazırlayır. Amma hazırlanan siyahı cənab Prezidentə təqdim olunur.  Və Prezident müəyyən edir ki, kim əfv olunacaq, kim əfv olunmayacaq”. 

Komissiya üzvü onu da qeyd etdi ki, Əfv Komissiyası edilən bütün müraciətlərə eyni həssaslıqla yanaşır:

“Həbsdəki şəxs haqqında bütün instansiyalardan arayışlar alınır. Sonda vahid bir arayış hazırlanır. Hazırlanan siyahı Komissiya sədri tərəfindən Komissiyanın müzakirəsinə çıxarılır. Müzakirələrdə bütün Komissiya üzvlərinin fikri öyrənilir. Ordakı 18 komissiya üzvünün hər biri daxil olmuş müraciətə öz münasibətini bildirir. Təsadüfi deyil ki, Əfv Komissiyasının iclasları çox uzun çəkir. Çünki, hər bir müraciətə fərdi yanaşma olur. Biz bütün iclaslarımızda humanizmi, mərhəmət və sosial ədalət prinsipinə əməl etməyə çalışırıq”.
Əliməmməd Nuriyev bu vaxtadək Əfv Komissiyasının 7 iclası keçirildiyini və bu iclaslarda 900-dən artıq müraciətə baxıldığını söylədi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO