Fəzail Ağamalıdan Vahid Əhmədova ETİRAZ – “Laçın yolundakı aksiya ciddi uğurlar qazandırıb”

Fəzail Ağamalıdan Vahid Əhmədova ETİRAZ – “Laçın yolundakı aksiya ciddi uğurlar qazandırıb”

Hazırda oxunan: Fəzail Ağamalıdan Vahid Əhmədova ETİRAZ – “Laçın yolundakı aksiya ciddi uğurlar qazandırıb”

122331

“Azərbaycan xalqının hüquq və azadlıqlarının təmin olunmasında Avropada fəaliyyət göstərən qurumlar ədalətli mövqe tutmurlar”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib. 

“Dəfələrlə Azərbaycana qarşı Avropa məhkəmələrində qərəzli qərarların verilməsinə şahidlik etmişik. Burada erməni lobbisinin təsirləri mühüm rol oynayıb. Biz buna qarşı mübarizədə fəaliyyətimizi gücləndirməliyik. Azərbaycanda Ermənistanın törətdiyi cinayətlərin aradan qaldırılması üçün xalqın və dövlətin iradəsi ortadadır”, - deyə deputat əlavə edib. 

Fəzail Ağamalı ekologiya fəallarının Laçın yolundakı aksiyanın nəticələri ilə bağlı da fikirlərini bölüşüb: 

“Həmkarım Vahid Əhmədov ekoaktivistlərin aksiyasının ciddi nəticə qazandırmadığını qeyd etdi. Lakin mən bununla razılaşmırlar. 75 gündə biz kifayət qədər ciddi uğurlara imza atmışıq. Daha əvvəl həmin yollarla qanunsuz daşımalar olurdu, Vardanyan kimi quldur, eyni zamanda İrandan gələn terrorçular və Ermənistandan separatçılar Qarabağa gəlirdi. Ekofəalların aksiyası bunların qarşısını aldı. Eyni zamanda, yumşaq güc sayəsində Vardanyan artıq istefaya göndərildi”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO