“Evlərin təmirsiz satışı dayandırılmalıdır” – Naqif Həmzəyev 

“Evlərin təmirsiz satışı dayandırılmalıdır” – Naqif Həmzəyev 

Hazırda oxunan: “Evlərin təmirsiz satışı dayandırılmalıdır” – Naqif Həmzəyev 

122294

“Son illərdə Gəncə şəhərində yüksəkmərtəbəli binaların sayı artır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Naqif Həmzəyev səsləndirib. 

“Lakin Gəncə şəhəri seysmik aktiv zonada yerləşir. Ona görə də, burada tikilən binalar 5 mərtəbədən artıq olmamalıdır. Digər tərəfdən, bir sıra hallarda MTK-lar mənzilləri vətəndaşlara təmirsiz formada satırlar. 

Vətəndaşlar isə təmir zamanı kobud qayda pozuntularına yol verirlər. Bir çox binalarda lazımi sütunlar vətəndaşlar tərəfindən yararsız duruma salınıb.

Məncə təmirsiz mənzillərin satışı dayandırılmalıdır. Düşünürəm ki, bu istiqamətdə nəzarət tədbirləri gücləndirilməlidir. Əks təqdirdə, belə bir faciə Gəncədə də yaşana bilər”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO