Rusiya Ermənistana qaz nəqlini dayandırdı

Rusiya Ermənistana qaz nəqlini dayandırdı

Hazırda oxunan: Rusiya Ermənistana qaz nəqlini dayandırdı

122260

Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatına açıqlamasında deyib.

O, bunun səbəbini belə izah edib:

“Rusiya tədarüklə bağlı problemin texniki xarakter daşıması barədə bizə məlumat verib. Ümid edirəm ki, bu texniki problemdir. Əgər Ermənistan qaz və ya başqa istiqamət üzrə problemlə üzləşsə, o zaman biz həll yollarını axtarıb, alternativ yollar üzərində düşünəcəyik”.

Armen Qriqoryanın fikrincə, Ermənistan üçün əsas məsələ öz problemlərini həll etməkdir.

“Və həll yollarının axtarışı müxtəlif yerlərdə aparılacaq. Problemlər yaranarsa, onların həlli üçün bütün addımları atmağa hazırıq”, - deyə o, yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO