Yüksək Liqada 3-cü dövrə başa çatdı - FOTO 

Yüksək Liqada 3-cü dövrə başa çatdı - FOTO 

Hazırda oxunan: Yüksək Liqada 3-cü dövrə başa çatdı - FOTO 

122221

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün keçirilən oyunlarla III dövrəyə yekun vurulub.  

Bizim.Media xəbər verir ki, günün ilk görüşündə “Murov”la “Abşeron” üz-üzə gəlib.  

Bu matçda qalib 4 setdə müəyyənləşib. Oyun “Abşeron”un 25:22 hesablı üstünlüyü ilə başlasa da, sonda “Murov” qələbəyə sevinib. İkinci setdə 25:14 hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri üçüncü və dördüncü setlərdə də 25:22, 31:29 hesabı ilə qalib gəliblər.  

Beləliklə, aktivinə 3 xal yazdıran “Murov” turnir cədvəlində ikinci pilləyə yüksəlib.  

Voleybol Mərkəzində təşkil olunan IX turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlinə liderlik edən Eldar Yusubovun komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Azərreyl” ilk hissəni 25:13, sonrakı setləri isə 25:17 və 25:14 hesabı ilə qazanıb.  

III dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov”un 16, “Abşeron”un 15 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.  

IX tur “Murov” - “Abşeron” 3:1 (22:25, 25:14, 25:22, 31:29) 

“Azərreyl” - UNEC 3:0 (25:13, 25:17, 25:14) 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO