Azərbaycanın hava limanlarından neçə sərnişin yola salınıb və qəbul edilib?

Azərbaycanın hava limanlarından neçə sərnişin yola salınıb və qəbul edilib?

Hazırda oxunan: Azərbaycanın hava limanlarından neçə sərnişin yola salınıb və qəbul edilib?

122184

AZAL tərəfindən göstərilən çevik və səmərəli tədbirlər sayəsində pandemiyanın təsirləri minimuma endirilib və 2022-ci ildə sərnişin axınının həcmi, demək olar ki, pandemiyadan əvvəlki ilin göstəricilərinə bərabər olub.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, ötən il ölkənin bütün beynəlxalq hava limanlarında yola salınmış və qəbul edilmiş sərnişinlərin sayı 5,3 milyondan çox olub. Bunun da 4,4 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür.

S.Rzayev vurğulayıb ki, ümumilikdə 36 min reys yerinə yetirilib ki, onun da 18 mini ölkədaxili reyslərlə birgə, AZAL tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO