Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Bizim.Media "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
MÖVZU İLƏ BAĞLI:
Ölkə üzrə ən az və ən çox yoluxma bu ərazilərdədir - Statistika AÇIQLANDI
Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 10.9 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
Bizim.Media