Mobil telefonlar insanları EYBƏCƏRLƏŞDİRƏCƏK – İKT ilə bağlı ŞOK İDDİALAR

Mobil telefonlar insanları EYBƏCƏRLƏŞDİRƏCƏK – İKT ilə bağlı ŞOK İDDİALAR

Hazırda oxunan: Mobil telefonlar insanları EYBƏCƏRLƏŞDİRƏCƏK – İKT ilə bağlı ŞOK İDDİALAR

122176

1994-cü ilin məhz bu günündə cib telefonları kütləvi şəkildə istifadə olunmağa başlayıb. İnsanlar stasionar telefonlara olan asılılıqdan daxili, eləcə də beynəlxalq telefon danışıqlarındakı çox böyük problemlərin əzabından qurtulublar.

Hazırda ölkəmizdə 11 milyondan artıq mobil telefondan aktiv şəkildə istifadə edilir. Bəzi insanlar eyni anda 3-4 telefon istifadəçisidir. İndi telefonsuz yaşamağı təsəvvürə gətirmək mümkün deyil.

Bununla yanaşı etiraf etməliyik ki, mobil telefonların həyatımıza gətirdiyi problemlər, gərginliklər də az deyil.

Bizim.Media-ya müsahibəsində sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, mobil telefona qədər insanlar stasionar telefondan çox böyük əziyyət çəkirdilər:

“Yasamaldan Xırdalana zəng eləmək bəzən problemə çevrilirdi. Hələ xarici ölkələrlə danışıqları demirəm. Amma mobil telefon bizi bu və sadalaya biləcəyim bir çox problemlərdən azad etdi. Bu telefonlar gündəlik həyatımızdakı əvvəllər olan bır sıra qayğılarda azad edib. Mobil telefonun tətbiqi bəlkə də ötən əsrin ən mühüm hadisəsi idi”.
Sosioloq mobil telefonun həyatımıza gətirdiyi fəsadların da az olmadığını etiraf edir:

“İndi çoxlarında bu tətbiqdən asılılıq var. Mobil telefon kitaba, qəzetə, televizora marağımızı tamamilə azaldıb. Təsadüfi deyil ki, bəziləri çörək yeyəndə də telefonu əlindən yerə qoymur. Yatanda da bir gözü telefonda olur. Bu da o deməkdir ki, çoxlarımız telefondan təyinatı üzrə deyil, yol yoldaşı kimi istifadə edirik. Bunun da bir çox mənfi təsirləri olur”.

Mobil telefonların gətirdiyi rahatlıqlarla yanaşı mənfi təsirləri ilə bağlı isə Bizim.Media-ya psixoloq Gülnar Orucova danışdı:

“Telefonsuz bir dəqiqə qalmayan insanlar var. Bir çoxlarımız günün çox hissəsini mobil danışıqlarla və internet üzərindən təqdim edilən əyləncələrlə keçiririk. Bu da insanlarda yeni dəyərlər formalaşdırır. İnsanlar daha əvvəlki kimi bir birinə həssas və qayğıkeş deyillər.

Məsələn, övlad aylarla onun yolunu gözləyən valideynin ziyarətinə getməkdənsə bir zənglə onun hal-əhvalını soruşmaqla işini bitmiş hesab edir. Bir çox ailələrin dağılmasında mobil telefonun çox böyük yeri var. Uşaqların psixologiyasını telefonlar daha çox pozub. Valideynlər 2 yaşlı uşaq sakit dayansın deyə onu telefona öyrədirlər.

Halbuki, mobil telefonla çox ünsiyyət həm uşağın fiziki sağlamlığına, həm də psixologiyasına güclü zərbə vurur.

Hazırkı gənclərdə və yeniyetmələrdə onurğa əyriliyi hədsiz çoxalıb. Bunların tək səbəbi telefondur. Çünki, insanlar əyilmiş halda saatlarla telefonla əylənirlər. Yəni telefon artıq öz statusunu dəyişib.
Telefon ünsiyyətdən daha çox əyləncə vasitəsinə çevrilib. Bu da insanlar stress və arzuolunmaz xəstəliklər yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO