Türkiyədəki zəlzələlər Azərbaycanın neft tədarükünə təsir edib?

Türkiyədəki zəlzələlər Azərbaycanın neft tədarükünə təsir edib?

Hazırda oxunan: Türkiyədəki zəlzələlər Azərbaycanın neft tədarükünə təsir edib?

122121

Yanvar ayında Ceyhan neft terminalı vasitəsilə Azərbaycan və İraqdan dəniz yolu ilə xam neft ixracı gündəlik orta hesabla 1 milyon barel təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reyting agentliyinin bölməsi olan “S&P Global Commodities at Sea” bildirir.

“Fevralın 6-da Türkiyədə və Suriyada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində böyük insan tələfatı ilə yanaşı, mühüm infrastruktura ciddi ziyan dəyib, əsasən də Türkiyədə daxili ticarət pozulub ki, bunun da qlobal fəsadları ola bilər.
Dünya bazarları zəlzələlərə neftin qısamüddətli qiymət sıçrayışı ilə cavab verdi ki, bunun da səbəbi təbii fəlakətin tədarük baxımından problemlərə gətirib çıxarmasıdır.

Zəlzələlərdən dərhal sonra elektrik enerjisinin verilməsinin dayandırılması və çənlərin zədələnməsi səbəbindən Aralıq dənizində yerləşən neft emalı zavodları üçün əsas ixrac marşrutu olan Türkiyədəki Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Nəticədə Azərbaycan və İraqdan xam neft ixracı dayandırılıb”, - S&P qeyd edir.

Agentliyin məlumatına görə, hadisədən bir neçə gün sonra dünya bazarında neft qiymətləri stabilləşib, Türkiyədə səhmlərlə ticarət isə qısa fasilədən sonra fevralın 15-də bərpa olunub.

"Türkiyənin Aralıq dənizi və Qara dəniz arasında mühüm dəniz mövqeyinə malik olması səbəbindən zəlzələlərin vurduğu ziyan gəmiçilik sektoruna da təsir edir.

Zəlzələlər və sonradan baş verən yanğınlar nəticəsində Türkiyənin Aralıq dənizi sahilində yerləşən İsgəndərun limanında əməliyyatlar, həmçinin “Maersk” kimi qlobal logistika şirkətləri üçün daşımalar dayandırılıb”, - S&P-nin açıqlamasında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO