Zaur Kamal efirdə müğənnilərin üzərinə su ATDI - VİDEO

Zaur Kamal efirdə müğənnilərin üzərinə su ATDI - VİDEO

Hazırda oxunan: Zaur Kamal efirdə müğənnilərin üzərinə su ATDI - VİDEO

122111

Aparıcı Zaur Kamal hərəkəti ilə müğənniləri əsəbləşdirib.

Bizim.Media xəbər verir ki, televiziya ulduzu aparıcısı olduğu “Həmin Zaur” axşam şousunda qonaqları aşıq Zülfiyyə İbadova, Vəfa Şərifova və Zenfira İbrahimovanın yanlarına yaxınlaşaraq üzərlərinə su atıb.

Zaur bunu Novruz bayramının ilk çərşənbəsi olan “Su” ilə əlaqələndirib:

“Su tökmək lazımdır. Su çərşənbəsidir. O zamanlar nənəm belə edirdi (ovucunun arasına su töküb, qonaq müğənnilərin üstünə tökdü –red.)”.

Vəfa “Makiyajımız korlanacaq!” ifadəsini səsləndirib.

Z.İbadova isə Zaurun bu hərəkətinə “Sən, o suyu ərə getməyən tərəfə səp”-, deyə reaksiya verib.

Zülfiyyənin bu sözlərinə isə Zenfira “Burada hamısı ərə gedib” cavabını verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO