Azərbaycan erməni əhalinin qaz, elektrik təchizatına müdaxilə etmir – Beynəlxalq Məhkəmə QƏRARI 

Azərbaycan erməni əhalinin qaz, elektrik təchizatına müdaxilə etmir – Beynəlxalq Məhkəmə QƏRARI 

Hazırda oxunan: Azərbaycan erməni əhalinin qaz, elektrik təchizatına müdaxilə etmir – Beynəlxalq Məhkəmə QƏRARI 

122105

“Ermənistan tərəfindən Beynəlxalq Ədalət Məhkəməsi qarşısında qaldırılan ikinci məsələ guya Azərbaycan hökuməti tərəfindən Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan erməni əsilli şəxslərin bu və ya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı idi”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan konkret olaraq həmin ərazinin qaz və elektrik enerjisi ilə təchizatı, sonradan buna əlavə olaraq hətta fiberoptik internetlə təchizatı ilə əlaqədar qəsdən, qərəzli şəkildə hansısa müdaxilə edildiyini irəli sürmüşdü. 

“Bu məsələləri Ermənistan 2021-ci ilin martından mütəmadi şəkildə qaldırıb. Azərbaycan da davamlı şəkildə öz mövqeyini bildirib. Mövqeyimiz ondan ibarət olub ki, 30 il müddətində həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilib və Azərbaycan öz öhdəliyinə düşə biləcək bu və ya digər məsələlərin təmin edilməsi, öz ərazimizdən keçən qaz xəttinin təmiri ilə bağlı Ermənistanla əməkdaşlığa hazırdır. 
Orada yaşayan hansısa bir vətəndaşın hüquqlarının pozulmadığına dair sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə də Azərbaycanın bu mövqeyini dəstəkləyib. Qərarda qeyd olunub ki, Azərbaycan tərəfi qaz, elektrik və internet xidmətinin təchizatına heç bir müdaxilə etməyib və bu iddiaların heç bir əsası yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO