Rusiya Bakı ilə İrəvan arasındakı istənilən təşəbbüsləri alqışlayır – Rəsmi Moskva

Rusiya Bakı ilə İrəvan arasındakı istənilən təşəbbüsləri alqışlayır – Rəsmi Moskva

Hazırda oxunan: Rusiya Bakı ilə İrəvan arasındakı istənilən təşəbbüsləri alqışlayır – Rəsmi Moskva

122075

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır. 

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Bakı ilə İrəvan arasında barışıq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna əsaslanır.
Mən bu istiqamətdə nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsini, sərhədlərin delimitasiyasını, ictimai xadimlər və ekspertlər arasında etimadın yaradılmasını, sülh müqaviləsinin hazırlanmasını nəzərdə tuturam”, - deyə o, “Rusiya Misirin İrəvan və Bakı arasında vasitəçilik təşəbbüsünə necə münasibət bəsləyir?” sualını cavablandırıb.

“Biz Misir kimi böyük və nüfuzlu ölkənin Bakı ilə İrəvan arasında sülh prosesinə yardım etmək təşəbbüsünü məhz bu məcrada qəbul edirik”, - Qaluzin əlavə edib.

Bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, Misir bu ölkələr arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO