100-ə yaxın adamın öldüyü binanı tikənlər SAXLANILDI 

100-ə yaxın adamın öldüyü binanı tikənlər SAXLANILDI 

Hazırda oxunan: 100-ə yaxın adamın öldüyü binanı tikənlər SAXLANILDI 

122025

Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan və 100-ə yaxın adamın həyatını itirdiyi “Prestij Asi Residences” ilə bağlı məsuliyyətləri müəyyən edilən 3 şübhəli saxlanılıb. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Hatay Respublika Baş Prokurorluğu Zəlzələ Cinayətləri İstintaq Bürosu açıqlama verib. 

Açıqlamada, bu çərçivədə podratçı və statik layihə müəllifi H.Ç., memarlıq layihəsinin memarı M.F. ilə binaya nəzarət edən şirkət rəsmisi N.G-nin Şəhər Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən yaxalandığı qeyd olunub. 
Həmçinin açıqlamada, bu günə qədər aparılan araşdırmalar çərçivəsində 65 şübhəlinin ölkədən çıxışına qadağa qoyulduğu, 11 şübhəlinin həbs edildiyi, 1 şübhəlinin tutulma prosesinin davam etdiyi, 3 nəfərin isə sərbəst buraxıldığı bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO