Rəsmilər Laçında bir araya gəldi – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

Rəsmilər Laçında bir araya gəldi – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

Hazırda oxunan: Rəsmilər Laçında bir araya gəldi – NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

121953

Laçında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad edilmiş ərazilərimizdə ekologiyanın bərpası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Nazirliyin Ekosiyasət şöbəsinin müdiri Mehman Nəbiyev 2021-2023-cü illərdə azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, daha 100 hektar ərazidə meşə sahəsi salınacaq.
Tədbirdə həmçinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov, "Təmiz Şəhər" ASC-nin şöbə müdiri Səbuhi Babayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Bəhruz Nuriyev, Qarabağ İqtisadi rayonunda bərpa, tikinti və idarəetmə publik hüquqi şəxsin icraçı direktor müavini Səbuhi Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və digər rəsmilər çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO