Könül Kərimova: “Oğlum yaraşıqlıdır, çirkin qız necə alım?” - VİDEO

Könül Kərimova: “Oğlum yaraşıqlıdır, çirkin qız necə alım?” - VİDEO

Hazırda oxunan: Könül Kərimova: “Oğlum yaraşıqlıdır, çirkin qız necə alım?” - VİDEO

121918

“İndiki uşaqlar sözə baxmır. Özü tərpənmir, mən tapdığımı da bəyənmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Müğənni oğlu Rəşadı evləndirə bilmədiyini söyləyən sənətçi gələcək gəlinin xüsusiyyətlərindən və xarici görünüşündən söz açıb:  

“Oğlum yaraşıqlıdır, qəşəngdir. Deyirəm, gözəl qız olsun. Çirkin qızı necə alım? Ağıllı, saçı qaynaqsız uzun olan, sarışın bir xanım olsun. Deyirlər, gəlin mənim süpürgəmdir, harada qoysam, orada duracaq. Lap belə də yox. Onun dediyi ilə oturub-durmayaq. İndiki gəlinlər özləri adət-ənənə yaradır. Peşəsi, təhsili önəmli deyil. Müğənni olmasına gəlincə... Mən özüm çöllərdəyəm. Evdə bir qadın olmalıdır. Mən də küçələrdə, o da küçələrdə. Evdə qapını açan, qonağa çay süzən olmalıdır. Öz sənətimizi təhqir etmirəm. Məsələn,qardaşımın qızını özüm musiqiyə yönləndirdim. Çünki istedadlı idi. İstəmərəm gəlinim müğənni olsun. Olsa da, nə edə bilərəm? Təki evlənsin, olsun. Otuz ildir əziyyət çəkirəm, gəlin qarşıma bir stəkan çay qoymasın? Mənim bir oğlum var. Müdaxilə etməyi sevmirəm. Bir evdə olmasa da, bir məhəllədə yaşayaq”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO