Kürdəmirdə üç avtomobil TOQQUŞDU – Xəsarət alanlar var - FOTO/VİDEO

Kürdəmirdə üç avtomobil TOQQUŞDU – Xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə üç avtomobil TOQQUŞDU – Xəsarət alanlar var - FOTO/VİDEO

121781

Kürdəmirdə xəsarətlə nəticələnən zəncirvari qəza baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb. 

Belə ki, hadisə zamanı iki VAZ 2107 markalı və “Mitsubishi” markalı avtomaşınlar toqquşub. 

Nəticədə hər iki VAZ-ın sürücüləri - rayon sakinləri 35 yaşlı Əbilov Namiq Söhrab oğlu və 50 yaşlı Məmmədov Akif Emin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Hər iki yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 
Fakt araşdırılır.  
 














Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO