Erməniləri Azərbaycana döndərən SƏBƏB 

Erməniləri Azərbaycana döndərən SƏBƏB 

Hazırda oxunan: Erməniləri Azərbaycana döndərən SƏBƏB 

12175

İrəvan küçələrində keçirilən sorğu zamanı bir erməni Prezident İlham Əliyevə səs verməyə hazır olduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, Ermənistanda keçirilən sorğuda jurnalist vətəndaşlara “Ölkədə prezident seçkiləri keçirilsə, kimə səs verərdiniz” sualını ünvanlayıb.

Respondentlərdən biri "Yalnız Əliyevə" cavabını verib.

Erməni vətəndaşı ölkəyə rəhbərlik edən bütün şəxsləri yandırıb zibilliyə atmağın vacibliyini vurğulayıb.

Belə vəziyyətə Ermənistanda mütəmadi olaraq rast gəlmək olur. Hazırda ölkədə xaotik vəziyyət davam edir.İstər Paşinyan və onun komandası, istərsə də ondan əvvəl hakimiyyətdə olanlar əhalini öz yalanları ilə bezdiriblər.

Bu da ölkədə onsuzda çətin olan vəziyyəti kritik həddə gətirib çıxarıb. İndi erməni xalqı nə Paşinyana, nədə ki, hakimiyyət davası edən 17 siyasi partiya liderlərinə inanır.

Mövzu ilə bağlı politoloq Fikrət Sadıqova müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə olduğunu dedi.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”


Onun sözlərinə görə, hakimiyyətin bu günkü çarəsiz durumu illərlə böyük Ermənistan, müstəqil Dağlıq Qarabağ barəsində olan xülyalarının bitməsi səbəbindəndir:

“İndiki Ermənistan məğlub durumda olan bir ölkədir, hakimiyyəti isə artıq heç nəyə yaramır. Onların uzun illər ərzində böyük Ermənistan, müstəqil Dağlıq Qarabağ haqqında uydurmaları artıq sona yetib. Biz bu mifi bitirmişik. Xalqı Ermənistanın daxilində gedən proseslər, hakimiyyət davası, müxtəlif siyasi qruplaşmalar, 17 partiyanın Baş nazirə qarşı istefa tələbi yorub. Əslində isə xalq rahat yaşamaq və inkişaf etmək istəyir”.

Politoloq, həmçininAzərbaycanın hər zaman humanist davrandığını, bu dəfə də ermənilərə yardım əlini uzatdığını da vurğuladı:

“Biz Azərbaycan olaraq, bunun üçün onlara müxtəlif təkliflərirəli sürmüşük. Sözsüz ki, kommunikasiyaların açılması, nəqliyyat yollarının bərpa olunması erməni xalqı üçün bir ümid ola bilər. Biz onları yuvarlandıqları uçurumdan çıxartmaq istəyirik, onlara əl uzadırıq”.

Sonda F.Sadıqov fikirlərini bu sözlərlə tamamladı:

“Ermənistanda xalqın indiki hakimiyyətə, ümumilikdə isə heç bir siyasi qüvvəyə inamı yoxdur. Onlar başa düşürlər ki, xalq olaraq onları bu cür çətin vəziyyətdən ancaq İlham Əliyev kimi siyasi lider çıxara bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO