Naxçıvan Ali Məhkəməsinə yeni hakim TƏYİNATI

Naxçıvan Ali Məhkəməsinə yeni hakim TƏYİNATI

Hazırda oxunan: Naxçıvan Ali Məhkəməsinə yeni hakim TƏYİNATI

121723

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.

Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələni təqdim edib.
O, Səadət Bəktaşinin məhkəmə sistemində fəaliyyəti barədə ətraflı məlumat verib.

Onun öz peşəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib.

Ə.Hüseynli Naxçıvanda həyata keçirilən islahatların həm də məhkəmə-hüquq sistemini əhatə etdiyini söyləyərək, bu baxımdan S.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduqda, öz təcrübəsindən istifadə edərək bu islahatlara öz töhfəsini verəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO