"Rusiya iqtisadiyyatı Qərb sanksiyalar tətbiq edərkən güman etdiyindən qat-qat güclü oldu".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Onun sözlərinə görə, ölkəsində iqtisadi vəziyyətin sabitliyi təmin edilərək, bazarda mal qıtlığının qarşısı alınıb:
"Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) son məlumatlara görə, 2,1% azalıb, baxmayaraq ki, 20%-ə qədər azalma proqnozlaşdırılırdı. Rusiya Federasiyası sanksiyalar fonunda iqtisadiyyatı dəstəkləmək üçün emissiya hesabına deyil, möhkəm bazar əsasında 1 trilyon rubldan çox vəsait yönəldib", - deyə Putin vurğulayıb.
O həmçinin qeyd edib ki, Rusiya Federasiyasının beynəlxalq hesablaşmalarında rublun payı 2021-ci ilin dekabr ayı ilə müqayisədə iki dəfə artıb.
Putin qeyd edib ki, dollar və digər Qərb valyutaları Qərbin özünün siyasəti nəticəsində universal xarakterini itirəcək.
Bizim.Media