Azərbaycan bankomatları niyə qəpiklə işləmir? – İki vacib SƏBƏB

Azərbaycan bankomatları niyə qəpiklə işləmir? – İki vacib SƏBƏB

Hazırda oxunan: Azərbaycan bankomatları niyə qəpiklə işləmir? – İki vacib SƏBƏB

121671

Azərbaycanda bankomatların sayı bu ilin yanvarın 1-nə olan məlumata görə, illik müqayisədə 3,1 faiz artaraq, 2 997 ədədə çatıb. Onlardan 1 565 ədədi Bakıda quraşdırılıb. Lakin bu bankomatların əksəriyyəti hələ də qəpik qəbulu və qaytarılması funksiyasına malik deyillər.

Halbuki, dünya ölkələrinin əksəriyyətində bankomatlar təkcə kağız pulla deyil eyni zamanda, qəpikləri də qəbul edir və qaytarır. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, banklar bankomatlara qəpik qoymaqda maraqlı deyillər. Çünki onu saymaq, daşımaq banklar üçün artıq vaxt itkisi və yükdür:

“Bankomatlarda qəpiklərlə bağlı funksiyanın olmaması qanunsuz hərəkətdir. Bununla bağlı banka şikayət etmək lazımdır. Amma digər tərəfdən, bankomat sadəcə qəpiklə əməliyyatdan imtina da edə bilər.
Onun da bir neçə səbəbi ola bilər. Ya bankomatda qəpik funksiyası olsa da, bank ora qəpik qoymur. Ya da müəyyən vaxtlar bankların qəpiyi qurtarır. Bankomat xidməti xüsusi xidmət olduğundan prinsipcə burada qanunsuz hal yoxdur. 

Böyük ehtimalla funksiya olsa da, banklar bankomatlara qəpik qoymaqda maraqlı deyillər. Çünki qəpikləri saymaq, onu daşımaq banklar üçün artıq vaxt itkisi və yükdür.

Ona görə də prosesdən yayınırlar. Onu da etiraf edək ki, bankomatlardan bir qayda olaraq xırda pul çıxaranlar azdır. Əhali də bunda maraqlı deyil. Bu amil də prosesdə öz sözünü deyib”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO