Baydenin Kiyevə gizli səfəri necə hazırlanıb? – VİDEO

Baydenin Kiyevə gizli səfəri necə hazırlanıb? – VİDEO

Hazırda oxunan: Baydenin Kiyevə gizli səfəri necə hazırlanıb? – VİDEO

121531

ABŞ prezidenti fevralın 18-də Vaşinqtonu tərk edərək Polşaya uçub, baxmayaraq ki, rəsmi cədvəldə fevralın 20-də Vaşinqtonda olacağı göstərilib.

Bizim.Media xəbər verir ki, bu informasiyanı “The New York Times” nəşri yayıb.

Mənbə yazır ki, ABŞ prezidenti Co Bayden qatarla Kiyevə gizli səfər edib. Əvvəlcə Amerika lideri Polşaya uçub, oradan da dəmir yolu ilə Ukrayna paytaxtına gedib.
“Bazar ertəsi prezident Bayden Rusiyanın Ukraynaya davam edən işğalı qarşısında administrasiyasının qətiyyətini nümayiş etdirmək üçün Polşa ilə sərhəddən bir saatlıq qatar səfərindən sonra Ukrayna paytaxtına gizli səfər edib.

ABŞ prezidentinin səfəri təhlükəsizlik baxımından gizli həyata keçirilib. O, şənbə günü, fevralın 18-i axşam həyat yoldaşı ilə şam yeməyindən sonra Vaşinqtonu tərk edib”. Məlumatı jurnalistlər adı açıqlanmayan mənbədən əldə edib.

Yeri gəlmişkən, fevralın 19-da Ağ Ev fevralın 20-si bazar ertəsi üçün ictimai cədvəli açıqlayıb. Burada ABŞ prezidenti hələ də Vaşinqtondadır və axşam saatlarında Anjey Duda ilə görüşmək üçün Varşavaya gedəcək, baxmayaraq ki, o, artıq dünyanın başqa bir yerində olub.

“Lakin prezident Avropadakı müttəfiqlərini Ağ Ev administrasiyasının bu işə sadiq qalacağını inandırmaq üçün işğalın birinci ildönümünü Ukraynada qeyd etmək istəyib”, “The New York Times” qeyd edib.

Xatırladaq ki, fevralın 20-də Co Baydenin Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gəldiyi məlum olub. Hava hücumunun sədaları altında o, Sofiya meydanında həlak olan müdafiəçilərin xatirəsini ehtiramla yad edib.
Bundan əvvəl KİV-lər ABŞ prezidenti Co Baydenin köməkçilərinin onu qatar və ya təyyarə ilə gizli şəkildə Ukraynaya keçirməyə cəhd etdiklərini, lakin sonda səfərin ləğv edildiyini yazmışdı.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO