Xəbər verdiyimiz kimi, Xankəndi-Laçın yolunda ekofəalların aksiyası 71-ci gündür davam edir. Dekabrın 12-dən indiyədək hər gün sülhməramlıların yüzlərlə avtomobili maneəsiz hərəkət edir və ermənilərə humanitar yardım daşıyır.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə sülhməramlıların Qarabağa daha 35 ton yardım apardığı barədə görüntülər yayılıb.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bizim.Media