Kadırov “Vaqner” kimi özəl hərbi qurum yaradacaq 

Kadırov “Vaqner” kimi özəl hərbi qurum yaradacaq 

Hazırda oxunan: Kadırov “Vaqner” kimi özəl hərbi qurum yaradacaq 

121439

“Mən xüsusi əməliyyat zonasında “Vaqner” hərbi qurumunun  uğurlarına sevinirəm. Özəl olmağına baxmayaraq çox təsiredici nəticələr əldə edə bilib və həmişə işin son dərəcə çətin hissəsini öz üzərinə götürüb. Bütün çətinliklərə baxmayaraq, "Vaqner" istənilən vəziyyətdə məqsədinə çatır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında Çeçenistan lideri Ramzan Kadırov yazıb. 

“Çeçenlərdən ibarət olan xüsusi təyinatlı "Axmat" döyüşçüləri “Vagner”dəki həmkarlarının müsbət keyfiyyətlərini xüsusi qeyd edirlər.

Birlikdə, yan-yana, sıx əməkdaşlıq edərək, yer üzünü faşist şər ruhlarından azad edirlər və bunu əməliyyatın başlanğıcının ilk günlərindən həyata keçirirlər. Beləliklə, onlar vəzifə və hərbi şərəfə sadiq qalaraq sistemli şəkildə irəliləyirlər.
Artıq əminliklə deyə bilərik ki, “Vaqner” hərbi baxımdan öz effektivliyini sübut edib. Şübhəsiz, ölkəmizə belə peşəkar qurumlar lazımdır. Ona görə də dövlət qulluğunda işimi başa vurduqdan sonra əziz qardaşım Yevgeni Priqojinlə rəqabət aparmağı və özəl hərbi şirkət yaratmağı ciddi şəkildə planlaşdırıram. Məncə hər şey yaxşı olacaq”, deyə o vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO