Erməni hərbçilərini daşıyan “UAZ” dərəyə yuvarlandı – 2 ölü, 2 yaralı var

Erməni hərbçilərini daşıyan “UAZ” dərəyə yuvarlandı – 2 ölü, 2 yaralı var

Hazırda oxunan: Erməni hərbçilərini daşıyan “UAZ” dərəyə yuvarlandı – 2 ölü, 2 yaralı var

121421

Fevralın 19-da saat 19:40 radələrində Xnatsax kəndi yaxınlığında qar uçqunu nəticəsində Müdafiə Nazirliyinin “UAZ” markalı avtomobili dərəyə yuvarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Mənbə yazır ki, qəza nəticəsində müqaviləli hərbçilər Zorand Qranti Arzumanyan və Zorak Samveli Yeranosyan həlak olublar.

İki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına çatdırılıb. Yaralı əsgərlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyati təhlükələri yoxdur.

Beləliklə, fevralın 19-da Ermənistan Silahlı Qüvvələrində daha bir olüm olub. Qeyri-müəyyən şəraitdə güllə yarası sıravi əsgər dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO