Qusarda 11 yaşlı məktəblini qardaşı güllələdi - ÖZƏL

Qusarda 11 yaşlı məktəblini qardaşı güllələdi - ÖZƏL

Hazırda oxunan: Qusarda 11 yaşlı məktəblini qardaşı güllələdi - ÖZƏL

121373

Qusarda 11 yaşlı uşaq ehtiyatsızlıqdan TİR tüfəngi ilə vurulub.

Bizim.Media-nın Qusar rayon mərkəzi xəstəxanasından əldə etdiyi məlumata görə, hadisə rayonun Torpaq körpü kəndində baş verib.

Kənd sakini, 11 yaşlı Emil Radik oğlu Bədəlov özündən 1 yaş kiçik qardaşının əlində olan TİR tüfənginin gülləsinə tuş gəlib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. 11 yaşlı uşaq ağır xəsarət alıb.

Yaxınları Emil Bədəlovu dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Uşaq hazırda  koma vəziyyətdədir, Bakıya göndəriləcəyi deyilir.

Qusarın hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO