Yasamalda naməlum kişi meyiti tapıldı - FOTO

Yasamalda naməlum kişi meyiti tapıldı - FOTO

Hazırda oxunan: Yasamalda naməlum kişi meyiti tapıldı - FOTO

12136

Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkcə və cins şalvar olan naməlum kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO