Türkiyədə bütün xilasetmə əməliyyatları bu gündən dayandırılacaq - RƏSMİ

Türkiyədə bütün xilasetmə əməliyyatları bu gündən dayandırılacaq - RƏSMİ

Hazırda oxunan: Türkiyədə bütün xilasetmə əməliyyatları bu gündən dayandırılacaq - RƏSMİ

121337

Bu gündən etibarən zəlzələnin baş verdiyi ərazidə bütün axtarış-xilasetmə əməliyyatları dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə hakimiyyəti yayıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.

Qeyd edək ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO