Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Azərbaycan televiziya kanallarına müsahibə verib.
Bizim.Media xəbər verir ki, jurnalistin “Ermənistan baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirildi. Yəni, hələ də ikinci dəfə görüşdə, belə deyək, yenə öz amplualarındadır. Nə istəyirlər?” sualına Prezidentin cavabı maraqlı dialoqa səbəb olub.
“Bilmirəm, bunu siz daha yaxşı şərh edə bilərsiniz. Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərindən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi.
Çünki bilirsiniz, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir.
Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq.
İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik”.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media