Hərbi Prokurorluq Penitensiar Xidmətin hərbi qulluqçusunun ölümü ilə bağlı MƏLUMAT YAYDI 

Hərbi Prokurorluq Penitensiar Xidmətin hərbi qulluqçusunun ölümü ilə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: Hərbi Prokurorluq Penitensiar Xidmətin hərbi qulluqçusunun ölümü ilə bağlı MƏLUMAT YAYDI 

121249

Penitensiar Xidmətin hərbi qulluqçusunun özünü öldürməsi faktı üzrə cinayət işi başlanıb.

Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Mədətov Nurlan İqor oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və cəsədə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO