Prezident İtaliyanı Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşı adlandırdı

Prezident İtaliyanı Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşı adlandırdı

Hazırda oxunan: Prezident İtaliyanı Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşı adlandırdı

121222

Prezident İlham Əliyev İtaliyanı Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşı adlandırıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşdə söyləyib.

Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edib, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırlayıb.

İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlət başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğulayıb, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO