Aİ gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək

Aİ gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək

Hazırda oxunan: Aİ gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək

121210

Avropa İttifaqı gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tvitter hesabında qeyd edib. 

Xatırladaq ki, 23 yanvar 2023-cü il tarixində Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib. 

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO