Könüllülərimizdən Türkiyədəki zəlzələdən zərər çəkən uşaqlara YARDIM – FOTO  

Könüllülərimizdən Türkiyədəki zəlzələdən zərər çəkən uşaqlara YARDIM – FOTO  

Hazırda oxunan: Könüllülərimizdən Türkiyədəki zəlzələdən zərər çəkən uşaqlara YARDIM – FOTO  

121184

Zəlzələdən zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan Azərbaycan könüllüləri Kahramanmaraş və Hataydan sonra Adıyamana da gedərək fəaliyyət zonasını genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər. 

Gənclər Fondundan Bizim.Media-ya verilən məlumata görə, ötən gün ərzində azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində zərərçəkənlərə xidmət göstəriblər.  

Həmçinin, könüllülərimiz səhər vaxtı yerli əhaliyə səyyar şəkildə isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə müvafiq yardımları çatdırıb, o cümlədən kəndlərə səfər edərək yardımların aparılmasında fəal şəkildə iştirak ediblər. Həmçinin, zəlzələdən zərərçəkmiş sakinlərin yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib. 
Zəlzələdən zərər çəkənlərin, xüsusilə də uşaqların müsbət əhvali-ruhiyyəyə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan könüllüləri tərəfindən uşaq bağçası kimi yaradılmış üç çadırda xidmət həyata keçirilib, o cümlədən kədər, itki və qəmginliyi olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO